Ramil Qasımov: Məqsədimiz Azərbaycanda milli vokal ənənələrini qorumaqdır - MÜSAHİBƏ
ŞOU-BİZNES
20:45
29.08.2024
Baxılıb: 2673
Ramil Qasımov: Məqsədimiz Azərbaycanda milli vokal ənənələrini qorumaqdır - MÜSAHİBƏ

Budəfəki müsahibimiz bənzərsiz səsi ilə seçilən, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının rəhbəri, Əməkdar artist Ramil Qasımovdur.

 

Əməkdar artistin AZƏRTAC-a müsahibəsini təqdim edirik.

 

- Sizdə bu sahəyə maraq necə yarandı?

 

-Sənətə sevgim “Bəxtiyar” filmində Rəşid Behbudovun ifasından sonra başladı. Mən məktəbin özfəaliyyət uşaq xorunda oxuyurdum. Müəllimim Şəfiqə xanım hər zaman deyirdi ki, sənin səsin digər şagirdlərdən seçilir. Günlərin bir günü öyrəndim ki, Dövlət Uşaq Filarmoniyasında Xalq artisti Mobil Əhmədov dərs keçir. Həftənin bazar günü idi. İçəri keçdim, Mobil müəllimə məşq etmək istədiyimi bildirdim. O da qarşılığında yerinin olmadığını söylədi. Həmin ərəfədə də üzvlərin sayı həddindən artıq çox idi. Mən yenə də ruhdan düşmədim, gözlədim və qəbul olundum. O an keçirdiyim hisslər çox unudulmazdı. Həmin gün qəbula valideynlərimə belə demədən, getmişdim. Oradan çox gec qayıtdığım üçün evdə məni “yun çubuğu” ilə gözləyirdilər. Əhvalatı onlara danışdıqdan sonra, həm təəccüb, həm də sevinc hissi ilə qarşıladılar. Ailədə hər kəs mənim hüquqşünas olmağımı istəyirdi. Sözün düzü, mənim də humanitar elmlərə böyük həvəsim vardı. Mütaliə etməyi də hədsiz çox sevirdim. Hazırda şəxsi kitabxanamda 400-ə yaxın kitab var.

 

 

1999-cu ildə ilk dəfə Mobil müəllimlə birgə Moskvaya müsabiqəyə yollananda 15 yaşım vardı. Həmin yarışmada ikinci yerə layiq görüldüm. Bu həyatımda yeni bir mərhələ oldu. Həmin dövrdə müəllimim məndən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışa biləcəyimi soruşdu. Heç tərəddüd etmədən razılaşdım. Yaşımın az olduğunu nəzərə alaraq, bunun zarafat olduğunu düşünürdüm. Həmin ərəfədə teatrlar tətilə çıxırdı. Artıq yeni mövsüm başlayanda biz Əməkdar incəsənət xadimi, baş dirijor Nazim Hacıəlibəyovun yanına yollandıq. Bu zaman durumun ciddi olduğunun fərqinə vardım. Sənətkarlar məni dinlədilər, lakin yaşım az olduğu üçün xora qəbul etməyi təklif etdilər. Mobil Əhmədov bu fikirlə razılaşmadı və hətta əgər məni solist kimi işə qəbul etməsələr özünün də ərizə yazıb çıxacağını söylədi. Nəticədə, o zamanlar teatrın rəhbəri, Xalq artisti Hacıbaba Bağırov mədəniyyət naziri Polad Bülbüloğluna məsələ ilə bağlı zəng etdi. Xülasə, mən fəaliyyətimə solist kimi başladım və ilk dəfə Oqtay Kazımi və Ramiz Heydərin müəllifi olduğunu “Qızıl toy” tamaşasında müvəffəqiyyətlə çıxış etdim.

 

Yeri gəlmişkən xüsusi olaraq qeyd etmək istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin qarşısında dəfələrlə çıxış etmişdim. Bu çıxışların hər biri yaddaşımın dərinliyində silinməz iz qoyub.

 

- Ramil müəllim, yaradıcı adam üçün paytaxtdan uzaqda yaşamaq, fəaliyyət göstərmək çətin deyil ki?

 

- Vətənin hər qarışı mənim üçün doğma və müqəddəsdir. O cümlədən də Gəncə şəhəri. Gəncədə saysız-hesabsız uşaqlıq xatirələrim var. Həmçinin o diyar ustadım Mobil Əhmədovun boya-başa çatdığı torpaqdır. Məkandan asılı olmayaraq, Azərbaycan mədəniyyətinə xidmət etmək mənim üçün böyük şərəfdir.

 

- Hazırda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına rəhbərlik edirsiniz. Filarmoniyanın fəaliyyətində nə kimi yeniliklər gözlənilir?

 

- Gəncə Dövlət Filarmoniyası 1935-ci ildən tarixi ənənələri qoruyaraq fəaliyyət göstərir. Gələn il bu filarmoniyanın yaranmasının 90 illiyini qeyd edəcəyik. Bununla bağlı tədbirlər planı hazırlamaq istəyirik. Amalımız Azərbaycan incəsənətinə töhfə verməkdir. Çalışırıq ki, filarmoniyanın fəaliyyətini günü tələbləri səviyyəsində quraq, tamaşaçıya maraqlı olan repertuar tərtib edək. Sevindiricidir ki, son zamanlar bu istiqamətdə bir sıra mühüm işlər görmüşük, filarmoniyanın səhnəsində çoxsaylı tədbirlər təşkil etmişik. Bir çox görkəmli ifaçılar və kollektivlər bizim səhnəmizdə yaddaqalan çıxışlar edir. Bu da tamaşaçıların çox xoşuna gəlir. Biz bu istiqamətdə işlərimiz davam etdiririk.

 

 

 

- Uzun illər korifey sənətkarların sevə-sevə canlandırdığı “Koroğlu” obrazını siz də 26 yaşınızda ifa etdiniz. Qarşıda şəxsi yaradıcılıq baxımından hansı planlarınız var?

 

- “Koroğlu” Azərbaycan opera sənətinin şah əsəridir. Zamanında Üzeyir Hacıbəylinin ərsəyə gətirdiyi, ustadımın ustadı olan Bülbülün səsi ilə yazılan əsəri ifa etmək böyük qürur və məsuliyyətdir. Opera yaradıcılığımın ayrılmaz hissəsi və qırmızı xəttidir. Repertuarımda yer alan Fikrət Əmirovun “Sevil” operasında Balaş, Ramiz Mustafayevin “Vaqif” operasında Vaqif, “Traviata” operasında Alfred obrazını sevərək ifa edirəm. Canlandırdığım obrazların sırasına daha biri əlavə olunur. Mən Cakomo Puççininin “Toska” operasında Mario Cavaradossi obrazına həyat verəcəm. Bu səhnə əsərini gələn il təqdim etməyi planlaşdırıram.

 

 

- Görkəmli xanəndə, SSRİ Xalq artisti Bülbülün adını daşıyan “Bülbül vokal məktəbi”ni yaratmaqda əsas məqsədiniz nə olub?

 

- Mən də özümü bu məktəbin yetirmələrindən hesab edirəm. Bülbül Azərbaycan professional vokal məktəbinin banisidir. Bu məktəblə hər zaman qürur duymuşam. Bülbülün XX əsrin əvvəllərində yaratdığı vokal kafedrası böyük tərəqqi yolu keçdi. Azərbaycan operalarının yazılmasında Bülbül ideya müəllifi olub. Bülbülün xidmətlərindən nə qədər danışsaq da azdır. Ustadım Mobil müəllimin mənə ötürdüyü ənənələri qorumağı özümə borc bildim. Məktəbin ödənişsiz əsaslarda olmasının səbəbi isə, Mobil Əhmədovun məndən, vaxtı ilə Bülbülün də ondan heç bir vəsait almadan dəstək olmasıdır. Azərbaycan vokal sənətinə töhfəsi ola biləcək tələbələri görmək olduqca ürək açan olar. Konsert proqramlarımız olan zaman Bülbülün Fonu və Bülbülün Memorial Muzeyində reallaşdırırıq. Məqsədimiz Azərbaycanda milli vokal ənənələrini qoruyub, yaşatmaqdır.

 

- İndiyədək məktəbin neçə məzunu olub və seçim necə aparılır?

 

- Bu il məktəbimizin üç tələbəsi konservatoriyaya daxil olub. Bu, nəticə etibarı ilə istiqamətimizin doğru olduğunun göstəricisidir. Mən hər zaman müəllim kimi onlara dəstək olmağa hazıram. Bu il 400-ə yaxın ifaçı bizə müraciət edib. Onların arasından maksimum on nəfər seçilir. Seçim zamanı diqqət etdiyimiz əsas şərtlər namizədlərin Bülbülün repertuarına müraciət etməsi, dünya klassiklərindən bir nümunə və səsin parametrlərə uyğun olmasıdır. Qəbulda heç bir yaş məhdudiyyəti yoxdur. 7-dən 70-ə hər kəs öz məharətini sərgiləyə bilər.

 

 

- “Bülbül vokal məktəbi”ndə dərsləri kimlər tədris edir?

 

- Hazırda dərsləri mənimlə birgə Əməkdar artist, dosent İnarə Babayeva və professor, Əməkdar müəllim Zülfiyyə Sadıqova keçir.

 

- Məktəbi bitirdikdən sonra məzunlara hansı sənəd verilir və onların gələcək inkişafı üçün nə kimi addımlar atılır?

 

- Məzunlara qanunlarla nizamlanmış, möhürlü formada sertifikat verilir. Məzunların məktəbi bitirdikdən sonra işlə təmin edilməsinə də dəstək göstərməyə çalışacağıq.

 

- Məktəbin məzunları ilə birgə layihələr və gələcək planlarınızı da oxucularımızla bölüşərdiniz...

 

- Məzunları müəyyən festivallara yollamaq istəyirik, həmçinin onları Bülbül adına Beynəlxalq Müsabiqəsinə hazırlayırıq. Gələcəkdə istedadı ilə hər kəsdən seçilən tələbələri mükafatlandırmaq da planlar arasındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Britaniya İraqla qanunsuz miqrantlara qarşı mübarizə üçün müqavilə imzalayıb
04:10
Gürcüstanda mitinq zamanı bir neçə polis əməkdaşı xəsarət alıb
04:08
Bayden: Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
04:04
Altmış üç ölkənin hüquq-mühafizə orqanları birgə 225 ton kokain ələ keçirib
04:01
İsrail Ordusu Livanda atəşkəsə nəzarət edəcək
03:44
Bolqarıstan rəsmisi: "Orta Dəhliz strateji mövqeyi sayəsində ticarət və iqtisadiyyatda yeni imkanlar yaradacaq
20:12
Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfə artıb
20:01
Nazir müavini: "DSMF-nin investisiya siyasəti konservativ və ehtiyatlıdır”
19:48
Ağdam Sənaye Parkının rezidenti Gürcüstana divar kağızları ixrac etməyə başlayıb
19:45
54 şəxs və 29 təşkilat Aİ-nin sayca 15-ci sanksiya paketinə daxil ediləcək
19:12
Çin şirkətləri ilk dəfə Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalar paketinin “qara siyahı”sına düşə bilər
19:01
“Bərgüşadçay” yedək gəmisi istismara verilib
19:00
AZPROMO Latviyaya ixrac missiyası təşkil etməyi planlaşdırır
18:56
Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb
13:41
Fransızların 63 faizi Makronun istefasını istəyir
13:38
Rusiya şirkətlərinin mənfəəti iki ilin minimumuna düşüb
13:15
Tramp Meksika Prezidenti ilə qanunsuz köçü müzakirə edib
13:13
Niderland uzaqmənzilli raketlərin hazırlanması təşəbbüsünə qoşulub
13:11
KİV: Vaşinqton Rusiyaya qarşı zərbələrin nüvə eskalasiyası riskini artırmadığını hesab edir
13:09
ABŞ Ukraynaya 725 milyon dollar məbləğində növbəti hərbi yardım paketi təqdim etməyə hazırlaşır
12:52