Qardaş Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları da iştirak edəcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib .
Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə mərasim keçirilib. Yolasalma mərasimində Dövlət Himni səsləndirildikdən sonra çıxış edən general-mayor Fazil Ağalarov inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından, hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən, Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbədən danışaraq “Qış təlimi-2021”də iştirak edəcək bölmələrə uğurlar arzulayıb.
Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.
![](/file/articles/2021/01/17/1610898677_1.jpg)
![](/file/articles/2021/01/17/1610898643_2.jpg)
![](/file/articles/2021/01/17/1610898638_3.jpg)
![](/file/articles/2021/01/17/1610898641_4.jpg)
![](/file/articles/2021/01/17/1610898691_5.jpg)
![](/file/articles/2021/01/17/1610898670_6.jpg)