Ukraynalı pilotlar F-16 qırıcılarını idarə etmək üçün təlimə başladı
14:41
23.08.2023
Baxılıb: 37623
Ukraynalı pilotlar F-16 qırıcılarını idarə etmək üçün təlimə başladı

 Danimarka silahlı qüvvələrinin bildirdiyinə görə, Danimarka Ukraynaya öhdəliyinin bir hissəsi olaraq səkkiz ukraynalı pilota F-16 qırıcılarını idarə etmək üçün təlim keçməyə başlayıb. Danimarka silahlı qüvvələrinin bəyanatında deyilir ki, bu məqsədlə səkkiz pilot və bu təyyarələrə xidmət göstərəcək 65 nəfərdən ibarət heyyət Skrydstrupdakı Danimarka hərbi hava bazasına gəlib.

Xatırladaq ki, Danimarka Ukraynaya 19 ədəd F-16 təyyarəsi verəcək və ilk altı təyyarənin bu ilin sonuna qədər təhvil verilməsi planlaşdırılır.

 

Digər xəbərlər