Respublikaçı namizəd Ukraynaya silah yardımını dayandırmağa çağırır
11:51
25.08.2023
Baxılıb: 67495
Respublikaçı namizəd Ukraynaya silah yardımını dayandırmağa çağırır

2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədliyinə namizəd olan hindistan əsilli, biznesmen Vivek Ramasvami ötən gün digər namizədlərlə debatdan sonra jurnalistlərə verdiyi müsahibədə bildirib ki, o seçiləcəyi təqdirdə Ukraynaya silah göndərməyi dayandıracaq. İddia edir ki, bu həm amerikalıların maraqlarını həm də ukraynalıların maraqlarını qorumaq üçün bu adddımı atır. Hətta o, Amerikanın Ukraynanı silahlandırmağa davam edəcəyi təqdirdə gələcəkdə Ukraynanın da Əfqanıstanla eyni taleyi yaşayacağını iddia edir. Onun fikrincə, necə ki, Əfqanıstanda sovet qoşunları gedəndən sonra silahlar terrorçuların əlinə keçdi, Ukraynada da, Zelenskidən sonra gələn şəxs də silahları ələ keçirəcək. 

Digər xəbərlər