2015-11-10 17:01:22
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Dr.Vüsal Qasımlı "Böyük İyirmiliyin” tədbirlərində iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər edəcək.
Dr.Vüsal Qasımlı qlobal iqtisadiyyatın gələcəyi, post-2015 inkişaf strategiyası və G20-nin qlobal iqtisadiyyatdakı rolu barədə məruzə edəcək.
SAM-ın şöbə müdiri davamlı inkişaf məqsədlərinin gerçəkləşməsində "Böyük İyirmiliyin” rolu məsələsinə də toxunacaq, digər dünya alimləri ilə birlikdə G20-də Çinin sədrliyi ilə aparılacaq müzakirələrin gündəliyinin formalaşdırılmasında iştirak edəcək.