Təcili tibbi yardım avtomobilində körpə dünyaya gəlib
REGİONAL MƏTBUAT
18:40
08.05.2024
Baxılıb: 538
Təcili tibbi yardım avtomobilində körpə dünyaya gəlib

Xəstəxanaya çatdırılmalı olan hamilə qadının vəziyyəti ağırlaşdığı üçün doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub. 

 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 34 yaşlı qadının doğuş səbəbilə çağırış daxil olub. Ünvana təcili tibbi yardım briqadası göndərilib və xəstəxanaya aparılarkən 37 həftəlik hamilə qadının doğuş prosesi başlayıb. Həkim briqadası tərəfindən operativ müdaxilə edilməklə, doğuş prosesi elə təcili tibbi yardım avtomobilində gerçəkləşib.

 

Təcili tibbi yardım briqadası tərəfindən zahı qadın və yenidoğulmuş uşaq (oğlan) ərazi üzrə ən yaxın ünvana, Respublika Klinik Xəstəxanasına çatdırılıb. Hazırda ana və körpənin vəziyyəti stabildir.

Digər xəbərlər