Ukraynalı milyarder ömürlük həbs edilə bilər
SİYASƏT
18:22
08.05.2024
Baxılıb: 517
Ukraynalı milyarder ömürlük həbs edilə bilər

Ukraynalı milyarder İqor Kolomoyski qətl təşkil etməkdə ittiham olunub. Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti  açıqlama yayıb. 

 

İstintaq orqanı iddia edir ki, 20 il əvvəl, 2003-cü ilin yayında Kolomoyskinin Kiyevdə vəkillərdən birinə qarşı sui-qəsd sifarişi verdiyi, lakin ondan asılı olmayan səbəblərdən bu sui-qəsdin həyata keçirilməməsinə dair kifayət qədər sübutlar var. İlkin istintaq orqanının məlumatına görə, iş adamı bu addımı ölkənin şərqində yerləşən istehsal müəssisələrindən birinin mülkiyyət hüququ ilə bağlı mübahisə zəminində atıb.

 

Reuters xəbər verir ki, ittihamlar məhkəmə tərəfindən təsdiq olunarsa, Kolomoyski ömürlük həbs cəzasına məhkum edilə bilər

Digər xəbərlər