Amerikaya Meksikadan qanunsuz yolla girmək istəyənlər diqqətli olsun.
İQTİSADİYYAT
11:00
13.09.2023
Baxılıb: 4017
Amerikaya Meksikadan qanunsuz yolla girmək istəyənlər diqqətli olsun.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı  bildirib ki, 2022-ci ildə Amerika qitəsində ən azı 1457 qaçqın ölüb və ya yoxa çıxıb.

Ölüm və itkin düşmə halların yarısından çoxu, yəni 686-sı  ABŞ-Meksika sərhədində baş verib.  Keçən illə müqayisədə bir qədər azalma olsa da, bu yol hələ də dünyanın ən ölümcül quru yolu hesab edilir. ABŞ-la həmsərhəd olan Sonoran və Çihuahuan səhraları xüsusilə təhlükəli hesab edilir.

Qeyd etmək lazımdır ki, son dövrlərdə, sosial şəbəkələrdə Türkiyə və Azərbaycandan olan şəxslərin, Meksika-ABŞ sərhədini qanunsuz keçərək ABŞ-a keçmələrini əks etdirən video materiallar yayılır. 

Digər xəbərlər