Özbəkistan Rusiyadan yüksək təzyiqli qaz idxalına hazırdır
İQTİSADİYYAT
17:27
26.09.2023
Baxılıb: 3381
Özbəkistan Rusiyadan yüksək təzyiqli qaz idxalına hazırdır

Özbəkistan oktyabrın 1-dən etibarən öz boru kəmərləri şəbəkələrini Rusiyadan yüksək təzyiqli qaz almağa hazırladığını bildirib. Bu ilin iyunun 16-da Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiyanın “Qazprom” şirkəti Özbəkistan hakimiyyəti ilə Rusiya qazının Mərkəzi Asiya ölkəsinə tədarükü haqqında müqavilə imzalayıb. Müqaviləyə görə Rusiya qazının Özbəkistana Mərkəzi Asiya-Mərkəz qaz kəməri ilə əks rejimdə nəql ediləcəyi razılaşdırılıb. 

Özbəkistanın öz təbii qaz ehtiyatları var, lakin qış mövsümündə daxili bazarda çatışmazlıqlar yaranır. 

Digər xəbərlər