Gürcüstan prezidenti əhalini prezident sarayının qarşısına çağırıb
SİYASƏT
16:42
07.11.2023
Baxılıb: 3173
Gürcüstan prezidenti əhalini prezident sarayının qarşısına çağırıb

Gürcüstan prezidenti Avropa Komissiyasının Gürcüstanın 12 tövsiyəni yerinə yetirməsinə dair qiymətləndirməsinin dərcindən sonra vətəndaşları noyabrın 8-də saat 20:00-da Orbeliani sarayının qarşısında toplaşmağa çağırıb. Əvvəlcə həmin gün konsert nəzərdə tutulsa da, işğalçı qüvvələrin nümayəndələri tərəfindən Gürcüstan vətəndaşının qətlə yetirilməsi səbəbindən konsert ləğv edilib. Prezident vurğulayıb ki, Rusiyanın Gürcüstan siyasətinə yeganə cavab Avropa daxilində gələcək və Avropa ailəsinə sülh yolu ilə inteqrasiyadır. Avropa Komissiyasının qarşıdakı nəticəsi Gürcüstan üçün bu kontekstdə böyük əhəmiyyət kəsb edir.

 

Qeyd etmək lazımdır ki, Gürcüstana namizəd statusunun verilməsi üçün Gürcüstan prezidenti Salome Zurabaşvili ötən aylarda Avropaya səfər etmişdi.  Bu səbəbdən onunla hökümət arasında münasibətlər də kəskinləşmişdi. 

Digər xəbərlər