Ermənistanda anti-semitizm
SİYASƏT
11:32
19.11.2023
Baxılıb: 2906
Ermənistanda anti-semitizm

Ermənistanın cənubi qafqaz regionunda ən anti-semitist ölkə olduğu heç kimə sirr deyil. Belə ki, keçirilən sorğularda da, bu fakt öz təsdiqini tapır. Son dövrlər Ermənistanda anti-semitizmin artması yəhudi ibadət evinə hücumlarla müşaiyət olunur. 

 

Belə ki, İrəvanın yegəna yəhudi məbədi son 1 il ərzində dəfələrlə hücuma məruz qalıb. Sonuncu hücum zamanı isə, sinaqoqu yandırmağa cəhd ediblər. 

 

Bütün bunların fonunda Paşinyan höküməti bəyanat yaymağa məcbur olub. Belə ki, Ermənistan XİN-nin sözçüsü Anna Badalyan bildirib ki, Ermənistan Respublikası hər hansı dini struktura təcavüzü və xüsusilə vandalizmin hər hansı təzahürünü, İrəvandakı sinaqoqa qarşı hər hansı hörmətsiz hərəkəti yolverilməz hesab edir. 

 

Unutmaq lazım deyil ki, başqa dinlərdən olan abidələrə düşmən münasibət Ermənistan üçün xarakterikdir. Belə ki, İrəvanda illərlə mövcud olan məscidlərdən sadəcə biri bu günə qədər salamat qalıb, onun isə tarixi saxtalaşdırılıb və İran səfirliyinə verilib.

Digər xəbərlər