Çin Rusiyanın BRICS-ə sədrliyini dəstəkləyir
SİYASƏT
18:46
21.11.2023
Baxılıb: 1772
Çin Rusiyanın BRICS-ə sədrliyini dəstəkləyir

BRICS Yaxın Şərqdəki fövqəladə vəziyyətlə bağlı onlayn sammit keçirir. Sammitdə çıxış edən Çin prezidenti Si Cinpin Rusiyanın gələn il BRICS-ə sədrliyini dəstəklədiyini açıqlayıb.

 

Rusiya prezidenti Vladimir Putinin iştirak etdiyi sammitə təkcə BRICS -in hazırkı üzvləri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) yox, həm də gələn il yanvarın 1-dən tamhüquqlu üzv kimi qoşulacaq ölkələr: Argentina, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya daxildir. Bundan əlavə, toplantıda BMT-nin baş katibi Antonio Quterreş də iştirak edir.

Digər xəbərlər