Hindistan Kanadanı terrorizmi dəstəkləməkdə ittiham edir
SİYASƏT
11:21
23.11.2023
Baxılıb: 2918
Hindistan Kanadanı terrorizmi dəstəkləməkdə ittiham edir

Kanadadakı Hindistan səfirliyi noyabr ayının 22-dən etibarən Kanada vətəndaşlarına e-vizaların verilməsinin bərpa edildiyini bəyan edib. Bu, son dövrlərdə gərginləşmiş Hindistan-Kanada münasibətlərini yumşaltmağa hesablanmış bir addımdır. 

 

Qeyd etmək lazımdır ki, Hindistan bir müddət idi ki, Kanada vətəndaşlarına viza verməyi dayandırmışdı. Buna səbəb isə, iki ölkə arasında münasibətlərin gərginləşməsi idi.

 

Gərginləşməyə səbəb isə, Hindistan əsilli Kanada vətəndaşı Hardeep Singh Nijjarın öldürülməsi olub. Kanadada yaşayan Nijjar oradakı Sikh icmasının əsas üzvlərindəndir, və eyni zamanda Xalistan separatçı hərəkatın da dəstəkçilərindəndir. 

 

Sentyabr ayında Kanadanın baş naziri Castin Trudo Kanadada sikh məbədinin çıxışında öldürülən Hardeep Singh Nijjar cinayətində Hindistan dövlətinin əli olduğunu iddia etmişdi.  Baş nazir bildirmişdi ki, Hindistanın agentləri, Kanadada yaşayan Nijjarı dövlətin tapşırığı ilə öldürüb. 

 

Bunun ardınca isə, Kanada Hindistandakı səfirlik əməkdaşıarını geri çağırmışdı.  Hindistan da, öz növbəsində Kanada vətəndaşlarına viza verməyi dayandırmış, Kanadanı da terrorizmi dəstəkləməkdə ittiham etmişdi. 

 

 

Digər xəbərlər