Stokholmda Nobel mükafatları təqdim edilib
SİYASƏT
12:58
11.12.2023
Baxılıb: 2617
Stokholmda Nobel mükafatları təqdim edilib

İsveç Kralı XVI Karl Qustaf Stokholm Filarmoniyasında tibb, fizika, kimya, ədəbiyyat və iqtisadiyyat üzrə Nobel mükafatlarını təqdim edib. 10 mükafatçıya həmçinin  sertifikatlar və qızıl medallar da təqdim edilib.

 

Mərasimi Nobel Fondunun idarə heyətinin sədri Astrid Soderberq Vidinq açaraq qeyd edib ki, fundamental tədqiqatlar vasitəsilə elm insan biliklərinin sərhədlərini genişləndirir, gələcək gözlənilməz və təxmin edilməyən hadisələrə hazırlığı təmin edir.

 

Mərasimdən sonra laureatlar, qonaqlar, kral ailəsi və hökumət üzvləri, elm, biznes və mədəniyyət sahələrinin tanınmış nümayəndələri Stokholm meriyasının binasına keçərək, burada ənənəvi ziyafətdə iştirak ediblər.

Digər xəbərlər