Erməni deputat qaçqınların evlərinə qayıtmasından danışıb
SİYASƏT
16:56
11.12.2023
Baxılıb: 2422
Erməni deputat qaçqınların evlərinə qayıtmasından danışıb

Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Gevorg Papoyan bu gün jurnalistlərə verdiyi müsahibəsində Ermənistandan ötən əsrin sonlarında qovulan azərbaycanlıların qayıtması ilə bağlı sualı şərh edib. Deputat bildirib ki, istənilən fəaliyyət qarşılıqlı olmalıdır. Yəni azərbaycanlılar bura gələcəksə, ermənilər də ora getməlidir. 

 

Lakin deputat düşünür ki, hazırkı şəraitdə ən yaxşısı mövcud status-kvonu qorumaqdır. Yəni, hər kəs olduğu yerdə qalsın. Deputat əlavə edib ki, gələcəkdə hər iki ölkə arasında sülh olarsa, böyük həcmdə yox az sayda insanların qayıtmasından danışa bilərik. Lakin bu da planlaşdırılmış proses olmamalıdır. Hazırkı vəziyyəti nəzərə alsaq ən yaxşı variant indi status-kvonu qorumaqdır. 

Digər xəbərlər