Polimer Materialları İnstitutunda illik hesabatların müzakirəsi keçirilir
REGİONAL MƏTBUAT
10:33
20.11.2023
Baxılıb: 2420
Polimer Materialları İnstitutunda illik hesabatların müzakirəsi keçirilir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda 14 noyabr 2023-cü il tarixindən etibarən qrafikə uyğun olaraq illik hesabatların keçirilməsinə başlanılıb.

Cari ildə institutda 2 problem, 4 mövzu, 18 iş və 24 mərhələ üzrə elmi-tədqiqat işləri yerinə yetirilib. Hesabat iclaslarında çıxış edən laboratoriya və şöbə rəhbərləri il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri, nəşr olunan məqalələr, əldə olunan mühüm nəticələr, beynəlxalq və yerli qurumlarla əlaqələr, kadr potensialı haqqında ətraflı məlumat verirlər. Çıxışlardan sonra aparılan tədqiqatlarla bağlı suallar cavablandırılır və rəyçilərin çıxışları dinlənilir. 23 noyabr tarixinə qədər davam edəcək olan hesabatlar üzrə geniş müzakirələr aparılaraq təklif və iradlar dinlənilir. İnstitutun rəhbəri AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov görülən işlər haqqında fikirlərini bildirir, təklif və tövsiyələr verir, gələcəkdə görüləcək işlər, perspektivlər haqqında fikirlərini bildirir.

Keçirilən iclasların sonunda təqdim olunan hesabatlar haqqında Elmi şura tərəfindən qərarlar qəbul edilir.

 

 

www.science.gov.az 

Digər xəbərlər