Elm və təhsil nazirinin müavini Gürcüstanda səfərdə olub
REGİONAL MƏTBUAT
12:05
29.11.2023
Baxılıb: 2363
Elm və təhsil nazirinin müavini Gürcüstanda səfərdə olub

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Tbilisi şəhərində yerləşən Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib və önünə əklil qoyublar.

 

Daha sonra Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari ilə görüş keçirilib. Görüş zamanı hər iki ölkədə Azərbaycan və gürcü dillərində tədris aparılan məktəblərin fəaliyyəti, müəllimlər üçün ixtisasartırma təlimlərinin təşkili müzakirə olunub, bu təhsil müəssisələri üçün dərsliklərin mübadiləsi yüksək qiymətləndirilib.

 

Eyni zamanda tələbə-müəllim mübadiləsinin zəruriliyi, universitetlərarası əməkdaşlıq məsələlərinə toxunulub. Səfər çərçivəsində nazir müavini İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Caba Samuşia ilə görüşüb. Sözügedən universitetdə Azərbaycan dili və ədəbiyyatı ixtisasının açılmasına dair müzakirə aparılıb və cari ilin may ayında açılışı həyata keçirilən Heydər Əliyev adına auditoriya ziyarət edilib.

 

Nazir müavini Həsən Həsənli həmçinin Gürcüstan Texniki Universitetinin rektoru David Gurgenidze ilə görüşüb. Sözügedən universitetdə açılması nəzərdə tutulan Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyət göstərəcəyi məkana baxış keçirilib.

Digər xəbərlər