İpoteka və Kredit Zəmanət Fondu I yarımildə 12 milyon manata yaxın mənfəət əldə edib
İQTİSADİYYAT
18:07
24.10.2024
Baxılıb: 2160
İpoteka və Kredit Zəmanət Fondu I yarımildə 12 milyon manata yaxın mənfəət əldə edib

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu ilin I yarısını 11,51 milyon manat mənfəətlə başa vurub.

Yanvar-iyun aylarında İKZF-nın faiz gəlirləri 44,705 milyon manat (illik müqayisədə 18,2 % çox), faiz xərcləri 26,909 milyon manat (29,3 % çox), gözlənilən kredit zərəri 739 min manat (55,6 % çox), haqq və komissiya gəlirləri 496 min manat (53,9 % az), haqq və komissiya xərcləri 679 min manat (15,5 % çox), digər gəlirləri 774 min manat (3,5 dəfə çox), insan resursları üzrə xərcləri 3,739 milyon manat (24,6 % çox), inzibati və digər xərcləri isə 2,399 milyon manat (10,05 % az) təşkil edib.

Bu il iyulun 1-nə İKZF-nın aktivləri 3 milyard 87,252 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,45 % çoxdur. Bunun 2 milyard 157,458 milyon manatı müştərilərə verilmiş ipoteka kreditləridir. Son 1 ildə Fondun kredit portfeli 16,2 % böyüyüb.

Hesabat dövründə Fondun öhdəlikləri 29,3 % artaraq 1 milyard 915,043 milyon manata, o cümlədən buraxdığı borc qiymətli kağızlarının ümumi dəyəri 29,4 % artaraq 1 milyard 880,656 milyon manata, balans kapitalı isə 10,45 % artaraq 1 milyard 172,209 milyon manata, o cümlədən nizamnamə kapitalı 9,8 % artaraq 980,7 milyon manata çatıb.

Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13