"İnteraz" TV ilə bağlı məhkəmədə: Belə söhbətlər gedirdi ki, maaş pulları xarici ölkədən gəlir
CƏMİYYƏT
13:15
10.09.2024
Baxılıb: 840

"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.

Prosesdə şahid qismində dindirilən "İnteraz" TV-in operatoru işləmiş Ramil Həsənov deyib ki, çəkiliş zamanı alınan pulları şirkətə gətirib:

"Pullar arasında xarici valyuta da var idi. O pullarla əməkhaqqılar verilirdi”.

Televiziyada mühasib işləmiş Sürəyya Məmmədova qeyd edib ki, işçilərə əməkhaqqının verilmə prosesində yaxından iştirak etməyib. Sonra hakim tərəfindən mühasibin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub:

"İşlədiyim müddətdə kanala kənardan, bildirilməyən mənbədən 171 min və 219 min manat pul daxil olub".

Bundan əlavə "Salam News” informasiya agentliyi və “İnteraz”ın İT mütəxəssisi vəzifəsində çalışan Mircəlal Məmmədov deyib ki, əvvəl 800 manat, daha sonra isə 880 manat maaş alıb.

Maaşının bir qismi rəsmi, qalan hissəsi qeyri-rəsmi verilirmiş.

O, TV-nin rəhbəri Mətləb Bağırovun göstərişi əsasında dostu ilə pul götürməyə getdiyini deyib. Həmin pullar vasitəsi ilə onların əməkhaqqısı verilirmiş. Sözügedən vəsaitlər dollarla olub.

"Biz o pulları Rəna xanıma verirdik. Sonra pullar manata çevirilərək əməkhaqqılar verilirdi. Maaş çatan zaman ofisdə belə söhbətlər gedirdi ki, maaş pulları xarici ölkədən gəlir", - deyə şahid bildirib.

Məhkəmədə şahid qismində ifadə verən "Salam News" Informasiya Agentliyində baş redaktor işləmiş Rəna Ələkbərova bildirib ki, maaşları əlbəəl veriblər:

“Əməkhaqqıların niyə əlbəəl verilməsini bilmirdim. Bu informasiya agentliyinin rəhbərliyinin göstərişi idi”.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov ötən il yanvarın 30-da həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb.

Ona Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və 213 (vergidən yayınma) və digər maddələri ilə ittiham irəli sürülüb.   

Digər xəbərlər
SON XƏBƏRLƏR
Netanyahunun ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb
22:24
Avstriya "Bakı–Tbilisi–Qars"la yüklərin daşınmasında maraqlıdır
22:22
Vilnüsdə Azərbaycanla Litva arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub
22:20
İsrail ordusu “Hizbullah”ın komandiri Aqilin öldüyünü təsdiqləyib
22:19
Ermənistan TŞ-nin katibi və ABŞ dövlət katibinin köməkçisinin müavini Bakı ilə İrəvan arasında sülh danışıqlar
22:17
“Qarabağ” və “Əşrəfi -Dan Ulduzu–Aypara” neft yataqlarına dair Anlaşma Memorandumu imzalanıb
22:16
“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş imzalanıb
22:15
Ərdoğan BMT Baş Assambleyasından öncə Harrislə görüşməyi planlaşdırır
22:13
Dünya liderləri BMT-nin “Yüksək Səviyyəli Həftə“sində bir araya gələcək
22:11
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
21:56
EBRD Biləsuvarda günəş elektrik stansiyasının tikintisinə 100 milyon dollar ayıracaq
21:54
Qlobal elektrik avtomobil bazarı 2024-cü ildə 22 % artacaq
21:53
Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırmaq istəyir
21:52
Yeni qan qrupu kəşf edildi: MAL
11:27
AfD seçki aksiyası olaraq silah paylayır
11:01
İsrailin iki hərbçisi Livanla sərhəddə ölüb
10:27
Prezidentin Xankəndi səfəri davam edir: Qarabağ Universitetinin açılışı oldu
10:20
Avropa Komissiyasının prezidenti Kiyevə səfər edib
10:19
Azərbaycan neftinin qiyməti 78 dolları keçib
10:15
ABŞ Filippində yerləşdirdiyi “Typhon” raket sistemlərini çıxarmaq niyyətində deyil
10:14