Bakıda yaşayış binasının zirzəmisində yanğın olub, 10 nəfər təxliyə edilib

Bakı şəhərinin Qaradağ rayonunda mansarda tipli çoxmərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsi, qoruyucu açar, 36 ədəd elektrik açarı, 36 ədəd elektrik sayğacı və şaxta boyunca 1260 p.m elektrik kabeli yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tüstülənən mənzillərdən 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və mansarda yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə:
0
310
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar