Bir ailənin üç üzvü göbələkdən zəhərləndi

Zaqatalada zəhərlənmə hadisəsi baş verib.

Medicina.az xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində qeydə alınıb.

Bir ailənin üzvləri - 1968-ci il təvəllüdlü Mahir Hudul oğlu Kələşov, 1971-ci il təvəllüdlü Leyla Vəli qızı Kələşova və 2008-ci il təvəllüdlü Məhəmməd Mahir oğlu Kələşov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin müayinə zamanı ailə üzvlərinin göbələkdən zəhərləndiyi məlum olub. Onlara lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri stabilləşib. Hazırda onların müalicəsi davam etdirilir.
Mənbə:
0
81
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar