Canəli Əkbərovla xanımı koronavirusa yoluxub? -Açıqlama

“Atam koronavirusa yoluxmayıb. Bu xəbəri kimlər nə məqsədlə yayıb, bilmirəm?! Hər gün evə tələbələri gəlir, atam dərslərini davam etdirir”.

Medicina.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya açıqlamasında Xalq artisti Canəli Əkbərovun qızı Sevinc Əkbərova bildirib.

O, atasının beyin atrofiyasından əziyyət çəkdiyi üçün süni nəfəs aparatına qoşulduğunu deyib: “Canəli Əkbərov bu xəstəliyinə görə hazırda ev şəraitində müalicə alır. Çünki həkim tapşırıb ki, hərdən süni nəfəs aparatına qoşmaq lazımdır. Atam bundan əvvəl də beyin insultu keçirib. Dövlət başçımızın sərəncamı ilə müalicə aldı. Bütün xərci Heydər Əliyev Fondu öz üzərinə götürdü. 81 yaşlı Canəli Əkbərovun sənətindən yazsınlar, koronavirusa yoluxmasından yox. Anamın da, atamın da hər iksinin vəziyyəti normaldır. İki-üç gün öncə tələbələr gəlib solo konsert veriblər”.


Mənbə:
0
77
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar