Ən yaxşı triller filmləri

Triller janrında çəkilmiş ən yaxşı filmlərin siyahısını hazırlamışıq. IMDb balı yüksək olan həmin filmləri sizə təqdim edirik.

1. The Little Thing (2021) - IMDb: 6,3

Ən

Filmdə qaydalara uyğun hərəkət edən polislə cinayətkarları tutmaq üçün hər yola əl atan ortağından bəhs olunur. Silsilə qatilin cinayətləri polis təşkilatını ayağa qaldırır. Bundan sonra gərgin, təhlükəli anlar baş verir.

Janr: triller, dram, polis
Rejissor: John Lee Hancock
Rollarda: Denzel Washington, Rami Malek, Jared Leto

https://youtu.be/1HZAnkxdYuA" target="_blank">Treyler

2. Alive (2020) - IMDb: 6,2

Ən

Koreya film sektorunun ən çox izlənilən filmlərindəndir. Ölkədə sürətlə yayılan epidemiya insanların ölümünə və zombiyə çevrilməsinə səbəb olur. Evdə bağlı qalan Joo Woo və Yoo Bin onlardan xilas olmaq üçün mübarizə aparırlar.

Janr: dram, triller
Rejissor: Hyung-cho Il
Rollarda: Ah-In Yoo, Shin-Hye Park

Treyler

3. Extraction (2020) - IMDb: 6,7

Ən

Silah və narkotiklə dolu dünyada muzdlu əsgər olan Tyler son tapşırığında hindli iş adamının oğlunu mafiyanın əlindən qurtarmalıdır. Tyler uşağı xilas etmək üçün ölüm-dirim mübarizəsinə girişir.

Janr: triller
Rejissor: Sam Hargrave
Rollarda: Chris Hemsworth, Rudhraksh Jaiswal, Randeep Hooda

Treyler

4. Paramedic (2020) - IMDb: 5,6

Ən

Təcili yardım işçisi olan Angel qəza nəticəsində ayaqlarını itirir. Çətin günlər bundan sonra başlayır. Tyler arvadının olu aldatdığını düşünür və düşüncələri onu rahat buraxmır.

Janr: triller, dram
Rejissor: Carles Torras
Rollarda: Mario Casa, Deborah François, Guillermo Pfening

Treyler

5. Tenet (2020) - IMDb: 7,6

Ən

Dünyanı böyük müharibədən xilas etməyə çalışan agent qızğın mübarizə aparır. "Tenet" filmi yayımlandıqdan qısa müddət sonra böyük izləyici kütləsi qazanıb.

Janr: elmi-fantastik, triller
Rejissor: Christopher Nolan
Rollarda: John David Washington, Kenneth Branagh, Robert Pattinson

Treyler

6. 21 Bridges (2019) - IMDb: 6,6

Ən

Səlahiyyətini itirmiş keçmiş polis cinayətkar dəstəsyə qarşı tək başına mübarizə aparır. O, bu yoldan çəkinmək istəmir. Filmdə baş rolda Chadwick Boseman çəkilib.

Janr: triller
Rejissor: Brian Kirk
Rollarda: Chadwick Boseman, Sienna Miller, J.K. Simmons

Treyler

7. Polar (2019) - IMDb: 6,3

Ən

Keçmis qatil Duncan Vizla üzv olduğu şirkətdən ayrılmaq qərarına gəlir. Ancaq bu, düşündüyü qədər asan olmur. Şirkət onu aradan götürmək istəyir. Duncan isə qalan ömrünü sakit yaşamaq niyyətindədir.

Janr: triller, polis
Rejissor: Jonas Akeriund
Rollarda: Mads Mikkeisen, Vanessa Hudgens, Katheryn Winnick

Treyler

8. I am Mother (2019) - IMDb: 6,7

Ən

Robotların hakimiyyəti ələ keçirdiyi dövrdə körpələr ələ keçirilərək insanlığa qarşı istifadə olunur. Bu düzəni bir ana və gənc qız pozmalıdır.

Janr: elmi-fantastik, triller, dram
Rejissor: Grant Sputore
Rollarda: Clara Rugaard, Hilary Swank, Rose Byrne

Treyler

9. Angel of Mine (2019) - IMDb: 6,4

Ən

Kiçik qızının ölümündən sarsılan ana illər sonra qarşılaşdığı 7 yaşlı Lolanı qızı kimi görür. O, hər vəchlə Lolaya sahiblənmək istəyir. Film psixoloji səhnələri ilə diqqət çəkir.

Janr: dram, triller
Rejissor: Kim Farrant
Rollarda: Noomi Rapace, Rebecca Bower, Luke Evans

Treyler

10. The Report (2019) - IMDb: 7,2

Ən

ABŞ-da 11 sentyabr hadisəsi ilə bağlı araşdırmalardan bəhs edir. ABŞ ilə bağlı həqiqətlər CIA agentlərinin böyük səyi ilə ortaya çıxarılır.

Janr: dram, triller
Rejissor: Scott Z. Burns
Rollarda: Adam Driver, Annette Bening

Treyler

11. Parazit (2019) - IMDb: 8,6

Ən

Film fərqli həyat yaşayan iki ailənin hekayəsindən bəhs edir. KIM ailəsindən heç kim işləmir və yoxsuldurlar. Ailə üzvləri həqiqi kimliklərini gizlədərək zəngin Park ailəsinə daxil olmağa çalışırlar. Yoxsul və tənbəl insanlar bir andaca varlı ailə ilə münasibət qurduqda ortaya qeyri-adi səhnələr çıxır.

Janr: triller
Rejissor: Bong Joon Ho
Rollarda: Song Kang-Ho, Woo-sik Choi, Park So-Dam

Treyler

12. Joker (2019) - IMDb: 8,5

Ən

Film ekranlara çıxdıqdan sonra xeyli uğur qazanıb. Filmdə uğursuz aktyor olan Arthur Fleckin həyatı əks olunub.

Janr: dram
Rejissor: Todd Phillips
Rollarda: Joaquin Phoenix, Robert De Niro, Zazie Beetz

Treyler

13. Fracture (2007) - IMDb: 7,2

Ən

Baş rollarda Anthony Hopkins, Ryan Gosling və Rosamund Pike yer alıb. Thomas Crawford onu aldadan arvadını öldürür və hadisə yerinə polisləri çağırır. Oraya gələn polis Rob Nunally cəsədi görəndə şoka düşür, çünki bu onun sevgilisi Jennefierin cəsədi olur. Bundan sonra baş verənlər filmə daha böyük məna və maraq qatır.

Janr: triller
Rejissor: Gregory Hoblit
Rollarda: Anthony Hopkins, Ryan Gosling, David Strathairn

Treyler

14. The Invisible Man (2020) - IMDb: 7,2

Ən

Film ona təzyiq göstərən sevgilisinə dözməyib qaçan Cecelia adlı qızın həyatından bəhs edir. Cecelia qaçdıqdan sonra onu təhlükəyə atan hər şeydən uzaq olmağa çalışır. Kömək üçün bacısının yanına gedir. Sonra gözlənilməz hadisə baş verir. Cecelianın sevgilisi intihar edir və sərvətinin bir qismini Ceceliaya vəsiyyət edir. Bu xəbər doğrudurmu, yoxsa... ?

Janr: fanstastik, qorxu, triller
Rejissor: Leigh Whannell
Rollarda: Elisabeth Moss, Oliver Jackson-Cohen, Harriet Dyer

Treyler

15. Zodiac (2007) - IMDb: 7,7

Ən

Film uzun illər ələ keçirilməyən silsilə qatilin hekayəsindən bəhs edir. Onun tutlması üçün 4 nəfər qəti mübarizə aparır. Hər yola əl atsalar da, qatili tuta bilmirlər.

Janr: triller
Rejissor: David Fincher
Rollarda: Jake Gyllenhaal, Mark Ruffalo, Anthony Edwards

Treyler

16. Blood Diamond (2006) - IMDb: 8

Ən

Balıqçı, cinayətkar və iş adamı dəyərli bir almazın arxasınca düşürlər. Film Afrikada indi də davam edən almaz ticarətinin iç üzünü açır.

Janr: macəra, dram, triller
Rejissor: Edward Zwick
Rollarda: Leonardo Di Caprio, Djimon Hounsou, Jennifer Conelly

Treyler

17. Locke (2013) - IMDb: 7,1

Ən

İş adamı Ivan Lockenin həyatı aldığı xəbərdən sonra tar-mar olur. Maşına minib evdən çıxan Lockenin telefonuna zəng gəlir. O, həyatı və karyerasını xilas etmək üçün telefonda əlindən gələni etməlidir.

Janr: triller,
Rejissor: Steven Knight
Rollarda: Tom Hardy, Ruth Wilson, Olivia Colman

Treyler

18. Gone Girl (2014) - IMDb: 8,1

Ən

Film eviliklərinin 5 illiyini qeyd etməyə hazırlaşan Nick və Amynin başlarına gələn sirli hadisələrdən bəhs edir. Amy anidən yoxa çıxır və polis bununla bağlı Nickdən şübhələnir. Yuxuda arvadının öldürüldüyünü görən Nick, hamıya günahsız olduğunu desə də, ona inanmırlar.

Janr: triller, polis, dram
Rejissor: David Fincher
Rollarda: Ben Affleck, Rosamund Pike, Neil Patrick Harris

Treyler

19. Nightcrawler (2014) - IMDb: 7,9

Ən

Lou Bloom karyerasında zirvəyə yüksəlmək üçün mübarizə aparan gənc iş adamıdır. Uğur qazanmaq üçün hər şeyindən əl çəkməyə razıdır. O, yaşadığı şəhərdə baş verənləri kamerayla çəkir. Bir müddət sonra televiziya kanalında gecə müxbiri kimi işə başlayır. Sonradan baş verənlər isə daha maraqlıdır.

Janr: triller, dram
Rejissor: Dan Gilroy
Rollarda: Jake Gyllenhaal, Rene Russo, Riz Ahmed

Treyler

20. Angels & Demons (2009) - IMDb: 6,7

Ən

Filmdə baş verən hadisənin adi bir cinayət olmadığı, İlluminati təriqəti və Vatikan arasındakı haqq-hesabla bağlı olduğu öz əksini tapıb. Professor Robert Langton Romaya dəvət edilir. 400 illik rəmzləri və işarələri incələyib olayı şərh etməyə çalışan Langtonun başına şübhəli əhvalatlar gəlir. Öldürülən şəxsin yeni ixtiraya nail olduğu və bu alətin Vatikanı aradan qaldırılması üçün gizlənildiyi ortaya çıxır.

Janr: triller, fantastik
Rejissor: Ron Howard
Rollarda: Tom Hanks, Ewan McGregor, Stellan Skarsgard

Treyler

21. Split (2016) - IMDb: 7,5

Ən

James McAvoyun performansı filmi daha da maraqlı hala gətirib. Filmdə şəxsiyyət ikiləşməsi yaşayan Kevin Crumb və 3 azyaşlı bacısının psixologiyanı pozan hekayəsi təsvir olunub.

Janr: triller, fantastik, qorxu
Rejissor: M. Night Shyamalan
Rollarda: James MsAvoy, Anya Taylor-Joy, Betty Buckley

Treyler

22. American Psycho (2000) IMDb: 7,6

Ən

Filmdə Jared Leto, Chloe Sevigny, Reese Witherspoon və Willem Dafoe kimi aktyorlar rol alıb. Qeyri-adi səhnələri ilə diqqət çəkir.

Janr: dram, qorxu
Rejissor: Mary Harron
Rollarda: Christian Bale, Willem Dafoe, Jared Leto

Treyler

23. Inside Man (2006) - IMDb: 7,6

Ən

Rəngsaz obrazına girən Dalton və digər üç cinayətkarın soyğun əməlindən bəhs edir. Onlar içəridəki 50 nəfəri girov götürürlər. Detektivlər Frazier və Darius girovların azad olunması üçün cinayətkarlarla danışıq aparır. Detektivlər sonradan bunun adi bir soyğun olmadığını anlayırlar.

Jant: triller, polis
Rejissor: Spike Lee
Rollarda: Denzel Washington, Clive Owen, Chiwetel Ejiofor

Treyler

24. The Butterfly Effect (2004) - IMDb: 7,7

Ən

Filmdə baş rollarda Ashton Kutcher, Amy Smart və Eric Stoltz yer alıblar. Evan Treborn stressli anlarda özündən gedir. Bunun səbəbi uşaqlığında yaşadığı qorxulu hadisələrdir. Keçmişini düzəltmək istəyən Evan buna nail olacaqmı?

Janr: dram, fantastik
Rejissor: Eric Bress, J, mackye Gruber
Rollarda: Ashton Kutcher, Amy Smart, Elden Helson

Treyler

25. Machinist (2004) - IMDb: 7,7

Ən

Trevor yata bilməmək xəstəliyi olan insomniaya tutulub. Bir ildir yatmayan gənc dayanmadan çəki itirir. Ətrafdakılar ona görə narahat olurlar. Onun iş yoldaşı iş qəzasında əlini itirir. Dostları bu hadisədə Trevoru günahlandırırlar. Yuxusuzluğun təsiri ilə hallusinasiyalar yaşayan Trevor, ətrafındakıları özünə düşmən hesab edir. Onun həyatı kabusa dönür. Christian Bale filmə görə 30 kq çəki verib.

Janr: triller
Rejissor: Brad Anderson
Rollarda: Christian Bale, Jennifer Jason Leigh, Aitana Sanchez-Gijon

Treyler

26. Black Swan (2010) - IMDb: 8

Ən

Nina adlı balerianın xəyalı Qu Gölü baletində baş rolu canlandırmaqdır. Anası da keçmiş balerinadır və özü qazanmadığı uğurlara görə qızını bu yoldan döndərmək üçün ona təzyiq edir. Thomas bu rol üçün Ninanı uyğun bildiklərini deyəndə Nina çox sevinir. Lakin bunun üçün çox çalışmalıdır. Bundan sonra hər şəy mürəkkəbləşir. Nina hallüsinasiyalar görməyə başlayır.

Janr: dram, triller
Rejissor: Darren Aronofsky
Rollarda: Natalie Portman, Mila Kunis, Vincent Casse

Treyler

27. The Girl Dragon Tattoo (2011) - IMDb: 7,8

Ən

Mikael Blomkvist adlı uğurlu yazıçı etdiyi səhvdən sonra onunla bağlı rüşvət iddiası qaldırılır. Onu məhkəməyə verirlər və çalışdığı qurum onunla işləməkdən imtina edir. Mikael işsiz qalır və iş tapa bilməyəcəyini düşünüb kədərə qapılır. Gözləmədiyi anda ona iş təklifi gəlir. Məşhur Vanger ailəsinin üzvü Henrik Vanger illər əvvəl itmiş qohumunu tapmaq üçün ona araşdırma aparmağını tapşırır. İsveçə gedən yazıçı Lisbeth adlı qızla mövzunu araşdırmağa başlayır.

Janr: triller, polis
Rejissor: David Fincher
Rollarda: Rooney Mara, Daniel Craig, Christopher Plummer

Treyler

28. The Sixth Tense (1999) - IMDb: 8,1

Ən

Kiçik uşaq ölüləri gördüyünü və bundan qorxduğunu söyləyir. O, bu durumu psixoloq Alcolmdan başqa kimsəyə demir. Psixoloq get-gedə ona inanmağa başlayır. Daha sonra uşağa ölülərlə danışmasını tapşırır. Ölmüş qız atasından onun niyə öldürüldüyünü soruşmağı istəyir. Malcolm qeyri-adi hadisələrin fərqinə varır. Əslində, özü də bir öldüdür.

Janr: triller, dram
Rejissor: M. Night Shyamalan
Rollarda: Bruce Willis, Haley Joel Osment, Toni Collette

Treyler

29. Shutter Island (2010) - IMDb: 8,1

Ən

Cinayət işlədən əqli xəstəliyi olan şəxslərin müalicə aldığı adada sirli bir olayı araşdırmaq üçün tapşırıq alan detektiv Teddy və köməkçisi Chuck ora yollanırlar. Sonradan baş verən sirli hadisələr vəziyyəti daha da mürəkkəbləşdirir.

Janr: triller
Rejissor: Martin Scorsese
Rollarda: Leonardo Di Caprio, Mark Ruffalo, Ben Kingsley

Treyler

30. Taxi Driver (1976) - IMDb: 8,3

Ən

Bu film uzun illər əvvəl çəkildiyinə baxmayaraq, hələ də məşhurluğunu itirməyib. Robert De Nironun baş rolu ifa etdiyi filmdə yaşlı bir adamın gecə sürücüsü kimi işləməsi və başına gələn qorxunc hadisələr əks olunub.

Janr: dram, polis
Rejissor: Martin Scorsese
Rollarda: Robert De Niro, Jodie Foster, Harvey Keitel

Treyler

31. Saw (2004) - IMDb: 8,3

Ən

İki nəfər ayıldıqda özlərini hamamda zəncirlənmiş halda görürlər. Xilas olmağa çalışsalar da, bacarmırlar. Hamamda qan içində daha bir adam var. O, başından zərbə vurularaq öldürülüb. Cəsəddə buradan xilas olmaq üçün bəzi ipucuları var. Bu seriyadan 9 film çəkilib.

Janr: triller, qorxu
Rejissor: James Wan
Rollarda: Leigh Whannell, Cary Elwes, Danny Glower

Treyler

32. John Wick 2 (2017) - IMDb: 8,4

Ən

İlk seriyasında diqqətləri cəlb edən filmin ikinci seriyası da olduqca maraqlıdır. Filmdə sakit həyat tərzi yaşayan Johnun başına gələn olaylar səbəbi ilə cinayət dünyasına baş vurduğundan bəhs edilir.

Janr: triller
Rejissor: Chad Stahelski
Rollarda: Keanu Reeves, Common, Laurence Fishburne

Treyler

33. ClorkWork Orange (1971) - IMDb: 8,4

Ən

Filmdə səhnələr insani dəyərlərin tapdalandığı Britaniyada yer alır. Cinayətkar dəstə və onun başçısı Alexin hekayəsi təsvir olunub. Film Anthony Burgessin eyniadlı əsəri əsasında çəkilib. Rejissoru Stanley Kubrickdir.

Janr: elmi-fantastik, dram
Rejissor: Stanley Kubrick
Rollarda: Malcolm McDowell, Patrick Magee, Michael Bates

Treyler

34. OldBoy (2003) - IMDb: 8,4

Ən

Bir övladı olan Oh Dae-Su ailəsi ilə xoşbəxt yaşayır. Qızının doğum günündə evinə gedərkən qaçırılır və gözlərini açanda özünü bir hücrədə görür. Bu hücrə xüsusi olaraq hazıtlanıb, içində televizor və yataq var. Bura niyə düşdüyünü dəfələrlə soruşsa da, onun sualları cavabsız qalır. Nəhayət o, azad edilir və ona bunu edənləri tapıb cəzalandırmağa çalışır.

Janr: triller, dram
Rejissor: Park Chan-Wook
Rollarda: Min-sik Choi, Yoo Ji-tae, Kang Hye-Jeong

https://youtu.be/2HkjrJ6IK5E" target="_blank">Treyler

35. The Shinning (1980) - IMDb: 8,5

Ən

Kino tarixində iz qoymuş filmlərdəndir. Jack Nicholsonun unudulmaz performansı filmə əlavə rəng qatır.

Janr: qorxu, triller
Rejissor: Stanley Kubrick
Rollarda: Jack Nicholson, Shelley Duvall, Danny Lloyd

Treyler

36. The Silence of The Lambs (1991) - IMDb: 8,6

Ən

Clarice gənc FTB agentidir. Bir qatili tapmaq tapşırığı alır. Qurbanlarının dərisini soyan bu qatil bir qadını əsir götürür və Clarice onu xilas etmək istəyir. Clarice onu tapmaq üçün digər bir qatildən kömək istəyir. Məşhur həkim Hannibal insan əti yeyən yamyamdır. Agent onun inamını qazanmağa çalışır ki, onun köməyilə qadını xilas etsin.

Janr: triller, dram
Rejissor: Jonathan Demme
Rollarda: Anthony Hopkins, Jodie Foster, Scott Glenn

Treyler

37. The Usual Suspects (1995) - IMDb: 8,6

Ən

San Pedroda partlayış olan qayığı araşıran polis orada 27 cəsəd və 91 milyon dollarlıq narkotik aşkarlayır. Bu qəzadan iki nəfər sağ çıxır. Onlardan biri ağır yaralanmış macar terrorist, digəri nişançıdır. Kint 6 həftə əvvəl baş verən hadisələr haqqında polisə məlumat verir.

Janr: polis, triller
Rejissor: Bryan Singer
Rollarda: Chazz Palminteri, Kevin Spacey, Gabriel Byrne

Treyler

38. Seven (1995) - IMDb: 8,6

Ən

Filmdə 7 böyük günah edən insanları tapıb öldürən sislsilə qatilin əməlləri təsvir olunub. Xristianlıq inancına görə bu günahlar bağışlanmazdır və qatil də bu yolla hərəkət edir. İki polis bu qatili tapmağa çalışır. Filmdə baş rollarda Brad Pitt və Morgan Freeman çəkilib.

Janr: triller, polis
Rejissor: David Fincher
Rollarda: Bradd Pitt, Morgan Freeman, Gwyneth Paltrow

Treyler

39. Fight Club (1999) - IMDb: 8,8

Ən

Dünyada çəkilmiş ən yaxşı filmlərdən biri hesab olunur. Filmdə həyatının adiliyindən bezən Jackin başına gələnlər öz əksini tapıb. Qrup terapiyalarına gedən Jack, burada Maria adlı qadınla tanış olur. Daha sonra isə onun həyatını dəyişən Tyler Durden ilə rastlaşır. Filmi izləməyiniz tövsiyə olunur.

Janr: triller, dram
Rejissor: David Fincher
Rollarda: Bradd Pitt, Edward Norton, Helena Bonham Carter

Treyler

40. Inception (2010) - IMDb: 8,8

Ən

Şüuraltı cinayətkarlıq mövzusunda mütəxəssis olan Domm Cobb adlı cinayətkarın hekayəsindən bəhs olunur. Dom Cobb yuxu görən insanların şüuraltılarını oğurlamağı bacarır. Onun bu bacarağı böyük problemlərə səbəb olur.

Janr: elmi-fantastik, triller
Rejissor: Christopher Nolan
Rollarda: Leonardo Di Caprio, Marion Cotillard, Elliot Pag

Treyler

Mənbə:
0
270
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar