BMT islahatlar astanasında: Lavrov Ərdoğanı DƏSTƏKLƏDİ

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla həmrəylik ifadə edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün dünyaya hökm etməli olmadığını diqqətə çatdırıb.

“Prezident Ərdoğanın natiqliyi hər kəsə məlumdur. O müxtəlif mövzularda sərbəst fikir ifadə edə bilir. Mən onunla razıyam ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü dünyaya öz hökmünü diktə edə bilməz. Amma Şura buna iddialı da deyil”.

Lavrovun fikrincə, Təhlükəsizlik Şurasına Asiya, Cənubi Amerika və Afrikadan yeni üzvlər cəlb etmək lazımdır.

Mənbə:
0
54
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar