Lukoşenko azərbaycanlı jurnalistin verilişində maraqlı bəyanatlar verib
14:18
10.01.2021
Baxılıb: 11240
Lukoşenko azərbaycanlı jurnalistin verilişində maraqlı bəyanatlar verib

"Rusiya prezidenti Vladimir Putin yalnız mənim deyil, həm də bütün Belarus xalqının dostudur".

 

Bunu əslən azərbaycanlı jurnalist Nailə Əskərzadənin "Nailə Əsgərzadə ilə fəal şəxslər” verilişində iştirak edən Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

 

"Bəli, onu dostum hesab edirəm. Bu il təkcə mənim dostum deyil, həm də Belarus xalqının dostu olduğunu təsdiqlədi. Səmimi deyirəm. Ondan başqa dostum yoxdur",- deyə Lukaşenko bəyan edib. 

 

Söhbət zamanı Belarus prezidenti ölkəsinin yeni konstitusiya layihəsinin ilin sonunadək hazır ola biləcəyini və sənədin taleyinin referendumla həll olunacağını da qeyd edib. 

 

Xatırladaq ki, Lukaşenkonun qonağı olduğu "Nailə Əsgərzadə ilə fəal şəxslər” verilişinin tam versiyası bu axşam "Rossiya1" telekanalında Bakı vaxtilə saat 22.30-da yayımlanacaq.

Digər xəbərlər