İKİ HƏRBİÇİMİZ YARALANIB
12:27
19.09.2023
Baxılıb: 3650
İKİ HƏRBİÇİMİZ YARALANIB

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində iki hərbi qulluqçumuz yaralanıb

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.


Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Digər xəbərlər