ADY-nin Ekspres qatarı Abşeron dairəvi dəmir yolu xətti üzrə fəaliyyətə başladı
İQTİSADİYYAT
19:40
13.10.2023
Baxılıb: 6334
ADY-nin Ekspres qatarı Abşeron dairəvi dəmir yolu xətti üzrə fəaliyyətə başladı

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə pik saatlarda ictimai nəqliyyatda yaranan sərnişin sıxlığını nisbətən azaltmaq, eləcə də daha çox sərnişini qatarlarla təhlükəsiz və vaxtında mənzil başına çatdırmaq məqsədilə 13 oktyabr 2023-cü il tarixindən Ekspres qatarının fəaliyyətinə start verir.

 

Oturacaq tipli vaqonlardan ibarət Ekspres qatarı aralıq stansiya və dayanacaqlarda dayanmadan  Bakıdan Sumqayıta və geriyə hərəkət edəcək. Ekspres qatarı gün ərzində səhər və axşam saatlarında ümumilikdə dörd reys olmaqla sənişindaşımanı həyata keçirəcək.

 

Belə ki, Bakıdan saat 06:50-də yola düşən qatar saat 07:37-də Sumqayıta çatacaq. Sumqayıtdan saat 07:45-də yola düşən qatar saat 08:26-da Bakı Dəmiryol Vağzalına çatacaq.

 

Axşam saatlarında isə Bakıdan saat 18:05-də yola düşən qatar saat 18:45-də Sumqayıta çatacaq. Sumqayıtdan saat 19:20-də yola düşən qatar saat 20:05-də Bakı Dəmiryol Vağzalına çatacaq.

 

Qeyd edək ki, Ekspres qatarı Slovakiyada əsaslı bərpa və modernizasiya olunmuş  5 vaqondan ibarətdir və gündəlik olaraq 1000-dən çox sərnişinin daşınması üçün imkan yaradacaq.

 

Xatırladaq ki, ADY tərəfindən sərnişindaşıma xidmətinin təşkili sahəsində son dövrdə aparılan optimallaşdırma işləri nəticəsində oktyabr ayında Abşeron dairəvi dəmir yolu xətti üzrə ilk dəfə olaraq bir gün ərzində 30 mindən çox sərnişin daşınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
HƏMAS lideri Yəhya Sinvar necə öldürülüb?
09:51
Fransada daşqınlar səbəbindən minə yaxın insan təxliyə edilib
09:29
Aİ sammiti: Gürcüstanın quruma qəbul prosesi faktiki dayandırılıb
09:28
Bayden Netanyahunu HƏMAS rəhbərinin zərərsizləşdirilməsi münasibətilə təbrik edib
09:26
Türkiyə, Rumıniya, Bolqarıstan arasında hərbi mobillik dəhlizi yaradılacaq
09:25
Ukrayna PUA istehsalını 10 dəfə artırıb
09:21
Danimarka, Niderland və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcək
09:20
Bayden Blinkeni İsrailə göndərəcək
09:18
Bundestaq Bundesverin İraqdakı missiyasının mandatını daha 15 ay uzadıb
09:15
Almaniya Ukraynaya AIM-9L raketləri verəcək
09:13
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
09:11
Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan işğalından azad edilməsinin ildönümüdür
09:09
Azərbaycanın şirkətlər qrupu "GL Group" Türkiyədə təbii qazın işlənməsi layihəsindən 25 % pay alıb
09:06
Gəncədə partlayışın olduğu binada dağıntı altından 4 nəfər sağ çıxarılıb, ölənlər var
09:04
“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb
08:58
Artemida III Ay missiyası üçün hazırlanmış yeni skafandrlar təqdim edildi
08:53
Ayın qaranlıq tərəfinin altında kəşf edilən sirli maqma strukturları
08:49
Məsuliyyətli Sosial Media İnfluencerləri Təlim Proqramı başlayır
08:46
Türkiyə 2026-cı ildə kosmos konfransına ev sahibliyi edəcək
00:00
Günəşdə nə baş verir?
00:00