Pakistan Talibanı əməkdaşlıq etməməkdə ittiham edir
SİYASƏT
22:12
08.11.2023
Baxılıb: 2807
Pakistan Talibanı əməkdaşlıq etməməkdə ittiham edir

Pakistan yüz minlərlə sənədsiz əfqanı ölkədən qovmaq qərarının səbəbini açıqlayıb.  Pakistan tərəfi bildirib ki, Taliban Əfqanıstan ərazisindən istifadə edərək Pakistanda hücumlar törədən qruplaşmalar əleyhinə əməkdaşlıq etməkdən boyun qaçırır. Buna görə də, Pakistan tərəfi belə addım atmağa məcbur qalıb. 

 

Birləşmiş Millətlər Təşkilatı, hüquq qrupları və Qərb ölkələri Pakistana öz qərarını yenidən nəzərdən keçirməyə çağırıb. Buna baxmayaraq Pakistan noyabrın 1-də əsas səbəb kimi təhlükəsizlik problemlərini əsas gətirərək ölkədən çıxarılma prosesini başladıb.

Digər xəbərlər