Qəzzada döyüşlər yenidən başlayıb
SİYASƏT
11:52
01.12.2023
Baxılıb: 2702
Qəzzada döyüşlər yenidən başlayıb

Reutersin məlumatına görə Qəzzada şiddətli döyüşlər davam edir. İsrail silahlı qüvvələri  HƏMAS-a qarşı döyüş əməliyyatlarını bərpa edib.

 

Atəşkəs bu səhər saat 7-də başa çatmalı idi, lakin ondan bir saat əvvəl İsrail səhər tezdən Qəzzadan atılan raketi vurduğunu açıqlamışdı.

 

Qeyd etmək lazımdır ki, noyabrın 24-də başlayan yeddi günlük atəşkəs iki dəfə uzadılıb. Atəşkəs zamanı Qəzzada saxlanılan onlarla girov yüzlərlə fələstinli məhbusla dəyişdirilib, Qəzza zolağına humanitar yardımın daxil olması asanlaşdırılıb.

Digər xəbərlər