Ukraynada sərhədyanı ərazilərdə xüsusi rejim yaradılıb
SİYASƏT
17:51
08.12.2023
Baxılıb: 2626
Ukraynada sərhədyanı ərazilərdə xüsusi rejim yaradılıb

Ukrayna Nazirlər Kabineti ölkə sərhədlərində xüsusi sərhəd rejimi müəyyən edib. Bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

 

Melniçuk qeyd edib ki, Ukraynada xüsusi sərhəd rejimi yaradılıb və müdafiə və ya dövlət sərhədinin mühafizəsi ilə bağlı olmayan şəxslərin bu ərazilərə sərbəst girişi, qalmağı, yaşamağı və hərəkəti qadağan edilib. 

 

Qeyd etmək lazımdır ki, Ukrayna hökuməti dünən minalardan təmizləmə və istehkam tikintisi üçün avadanlıqların alınmasına 21,5 milyon dollar ayırıb.

Digər xəbərlər