Azərbayc qida və yem məhsullarının idxalı ilə bağlı qaydalar təsdiq olunub
REGİONAL MƏTBUAT
19:36
11.12.2023
Baxılıb: 2259
Azərbayc qida və yem məhsullarının idxalı ilə bağlı qaydalar təsdiq olunub

“Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və yem məhsullarının tranzit daşıması Qaydası” təsdiq olunub. Bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qərar imzalayıb.  Eyni zamanda həmin Qərarla “Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısı” təsdiq edilib və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli Qərarı isə ləğv edilib.

Yeni Qərarın məqsədi Azərbaycan Respublikasına gətirilən, həmçinin ölkə ərazisindən tranzitlə daşınan qida təhlükəsizliyi nəzarətinə aid edilən məhsullara qida təhlükəsizliyi baxımından nəzarətin təmin edilməsi yolu ilə insanların və heyvanların həyat və sağlamlığının qorunmasını və istehlakçıların hüquqlarının müdafiəsini təmin etməkdir. Ölkənin gömrük ərazisinə idxal olunmuş qida təhlükəsizliyi nəzarətinə aid edilən məhsulların təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən risklərin qiymətləndirilməsi nəticələri əsasında dövlət nəzarəti tədbirləri bu Qaydaya uyğun həyata keçirilir.

Müvafiq Qaydada qida təhlükəsizliyi nəzarətinə aid edilən məhsulların idxalına dair tələblər, həmçinin qida təhlükəsizliyi nəzarətinə aid edilən məhsullar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron bildirişin göndərilməsi, idxal sağlamlıq aktının alınması üçün müraciət, idxal olunan məhsullar üzərində dövlət nəzarəti, sənəd nəzarəti, eynilik və fiziki nəzarət, risk səviyyəsindən asılı olaraq eynilik və fiziki nəzarət dövriliyinin müəyyənləşdirilməsi, qida və yem məhsullarının tranzit daşıması, idxal olunmuş məhsullara nəzarət tədbirlərinin nəticələri öz əksini tapıb.

Həmin qərara əsasən, məhsullar avtomobil, dəniz və dəmir yolu ilə gətirildikdə nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisinə çatmasından ən azı 24 saat əvvəl, hava yolu ilə gətirildikdə isə nəqliyyat vasitəsinin ixracatçı ölkənin hava limanından yola düşməsindən ən azı 12 saat əvvəl elektron bildiriş göndərilməlidir.

Sənədə qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildiriş, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sağlamlıq aktı və qida təhlükəsizliyi nəzarətinə aid edilən məhsulların risk balı üzrə Təsnifatı formaları əlavə olunub.

Digər xəbərlər