MDB-nin xüsusi xidmət orqanları Birlik ölkələrinə girişdə terrorçuların müəyyən edilməsini müzakirə edəcəklər
SİYASƏT
08:54
04.10.2024
Baxılıb: 676
MDB-nin xüsusi xidmət orqanları Birlik ölkələrinə girişdə terrorçuların müəyyən edilməsini müzakirə edəcəklər

MDB xüsusi xidmət orqanları rəhbərləri Astanada keçiriləcək iclasda Birlik ölkələrinə beynəlxalq terror təşkilatlarının üzvlərinin və radikalların girişinin aşkarlanmasında əməkdaşlığın gücləndirilməsi tədbirlərini müzakirə edəcəklər.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi (İƏM) məlumat yayıb.

“Oktyabrın 4-də Astanada MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və xüsusi xidmət orqanları rəhbərlərinin Şurasının 55-ci iclasının keçirilməsi planlaşdırılır. Plenar iclasda şura üzvləri əsas diqqəti Birlik ölkələrinin xüsusi xidmət orqanlarının terrorçuluq və dini ekstremizmə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə yönəldəcəklər”, – İƏM-dən bildirilib.

“MDB-yə üzv dövlətlərə giriş-çıxış kanallarında beynəlxalq terror təşkilatlarının üzvlərinin və digər radikal elementlərin axtarışının təşkilində əməkdaşlığın gücləndirilməsi üzrə tədbirlərin işlənib hazırlanması, həmçinin cari ildə terrorçuluq və ekstremizmin digər təzahürlərinə qarşı mübarizə problemlərinin tədqiqi üzrə MDB-yə üzv dövlətlərin baza təşkilatının işinin yekunlarının çıxarılması və növbəti il üçün gələcək işin istiqamətlərinin müəyyən edilməsi planlaşdırılır”, – FTX-dən diqqətə çatdırılıb.

İclas iştirakçıları 2026-2028-ci illər üçün terrorçuluq və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq proqramının layihəsini nəzərdən keçirəcəklər. Bundan əlavə, Şuranın əməliyyat-xidməti fəaliyyətinin konkret istiqamətləri üzrə işçi orqanlarının iclasları keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
HƏMAS lideri Yəhya Sinvar necə öldürülüb?
09:51
Fransada daşqınlar səbəbindən minə yaxın insan təxliyə edilib
09:29
Aİ sammiti: Gürcüstanın quruma qəbul prosesi faktiki dayandırılıb
09:28
Bayden Netanyahunu HƏMAS rəhbərinin zərərsizləşdirilməsi münasibətilə təbrik edib
09:26
Türkiyə, Rumıniya, Bolqarıstan arasında hərbi mobillik dəhlizi yaradılacaq
09:25
Ukrayna PUA istehsalını 10 dəfə artırıb
09:21
Danimarka, Niderland və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcək
09:20
Bayden Blinkeni İsrailə göndərəcək
09:18
Bundestaq Bundesverin İraqdakı missiyasının mandatını daha 15 ay uzadıb
09:15
Almaniya Ukraynaya AIM-9L raketləri verəcək
09:13
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
09:11
Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan işğalından azad edilməsinin ildönümüdür
09:09
Azərbaycanın şirkətlər qrupu "GL Group" Türkiyədə təbii qazın işlənməsi layihəsindən 25 % pay alıb
09:06
Gəncədə partlayışın olduğu binada dağıntı altından 4 nəfər sağ çıxarılıb, ölənlər var
09:04
“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb
08:58
Artemida III Ay missiyası üçün hazırlanmış yeni skafandrlar təqdim edildi
08:53
Ayın qaranlıq tərəfinin altında kəşf edilən sirli maqma strukturları
08:49
Məsuliyyətli Sosial Media İnfluencerləri Təlim Proqramı başlayır
08:46
Türkiyə 2026-cı ildə kosmos konfransına ev sahibliyi edəcək
00:00
Günəşdə nə baş verir?
00:00