MİDA rəsmisi: “Cəbrayıl yaşayış kompleksi yüksək keyfiyyətlə inşa edilib”
İQTİSADİYYAT
13:02
05.10.2024
Baxılıb: 525
MİDA rəsmisi: “Cəbrayıl yaşayış kompleksi yüksək keyfiyyətlə inşa edilib”

Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Cəbrayıl yaşayış kompleksini yüksək keyfiyyətlə inşa edib.

"Report" xəbər verir ki, bunu MİDA-nın İctimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Diana Dadaşova deyib.

Onun sözlərinə görə, ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva MİDA-nın inşa etdiyi Cəbrayıl yaşayış kompleksinin açılışında iştirak ediblər: “Yeni mənzillərə köçən sakinlərə açarlar təqdim edilib. Cəbrayıl yaşayış kompleksinin ümumi sahəsi 7,9 hektar təşkil edir. Bu kompleksdə ümumilikdə 712 mənzil var. Kompleksin ərazisində 7-si 5 mərtəbəli, 26-sı 4 mərtəbəli olmaqla ümumilikdə 33 yaşayış kompleksindən ibarətdir. Kompleksdə olan 712 mənzildən 8-i 1 otaqlı, 136-sı 2 otaqlı, 8-i 2 otaqlı studio tipli, 392-si 3 otaqlı, 168-i isə 4 otaqlıdır”.

O qeyd edib ki, bütün mənzillər tam təmirli, mətbəx mebelləri, kombi-isitmə sistemi, eləcə də su, qaz, elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilir: “Kompleks 6 kvartaldan ibarətdir və yüksək keyfiyyətlə inşa edilib. Kompleksin ərazisində yaşayış binaları ilə yanaşı istirahət guşələri, yeraltı və yerüstü dayanacaqlar, sosial məişət obyektləri, həmçinin uşaqlar üçün əyləncə və oyun meydançaları da istifadəyə verilib”.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
HƏMAS lideri Yəhya Sinvar necə öldürülüb?
09:51
Fransada daşqınlar səbəbindən minə yaxın insan təxliyə edilib
09:29
Aİ sammiti: Gürcüstanın quruma qəbul prosesi faktiki dayandırılıb
09:28
Bayden Netanyahunu HƏMAS rəhbərinin zərərsizləşdirilməsi münasibətilə təbrik edib
09:26
Türkiyə, Rumıniya, Bolqarıstan arasında hərbi mobillik dəhlizi yaradılacaq
09:25
Ukrayna PUA istehsalını 10 dəfə artırıb
09:21
Danimarka, Niderland və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcək
09:20
Bayden Blinkeni İsrailə göndərəcək
09:18
Bundestaq Bundesverin İraqdakı missiyasının mandatını daha 15 ay uzadıb
09:15
Almaniya Ukraynaya AIM-9L raketləri verəcək
09:13
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
09:11
Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan işğalından azad edilməsinin ildönümüdür
09:09
Azərbaycanın şirkətlər qrupu "GL Group" Türkiyədə təbii qazın işlənməsi layihəsindən 25 % pay alıb
09:06
Gəncədə partlayışın olduğu binada dağıntı altından 4 nəfər sağ çıxarılıb, ölənlər var
09:04
“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb
08:58
Artemida III Ay missiyası üçün hazırlanmış yeni skafandrlar təqdim edildi
08:53
Ayın qaranlıq tərəfinin altında kəşf edilən sirli maqma strukturları
08:49
Məsuliyyətli Sosial Media İnfluencerləri Təlim Proqramı başlayır
08:46
Türkiyə 2026-cı ildə kosmos konfransına ev sahibliyi edəcək
00:00
Günəşdə nə baş verir?
00:00