Şəhid bacısı: "Qardaşım şəhid yox, sağ olsaydı, indi biz bu ağır şəraitdə yaşamazdıq"

Onun müraciətlərinə müsbət cavab verən yoxdur. Kimdən kömək istəyirsə "bizlik deyil”-deyirlər.

"Sentyabrın 5-də doğulmuşdu, sentyabrın 5- də hərbi xidmətə çağrıldı, sentyabrın 5- də də torpağa qoyuldu, oğlum” deyən şəhid anası Raya Zeynalova doluxsunur, gözlərindən gilə-gilə yaşlar tökülür. Miq.Az saytının əməkdaşına bildirir ki, Ağdam rayonunun Şelli kəndindəndirlər. 1993-cü ildə Ağdamın işğalından sonra Bərdə rayonunun Sanatoriya ərazisindəki zibilli sahəsini təmizləyib, yaşamağa görə daxma qaralayıblar. O vaxtdan da köçkün həyatını burada yaşayıblar. Şəhid Fazil Zeynalov da hərbi xidmətə bu köçkün daxmasından yollanıb. Şəhidin ayulduzlu bayrağımıza bürünmüş gül qoxulu cənazəsi də elə burdan gedər-gəlməzə çıxıb. 2013-cü ildə isə ailə başçısı Zeynalova Şəhla Famil qızı şəhid qardaşı haqqında danışıb:

"Qardaşım Zeynalov Fazil Famil oğlu 1975-ci ildə Ağdam rayonunun Şelli kəndində andan olub. 1993-cü ildə Bərdə rayonunun Türkmən kəndinə məcburi köçkün gəlmişik. 1995-ci ildə qardaşım könüllü olaraq burdan əsgərliyə gedib. Bir il altı ay əsgərliyin keçib, xidmətin başa çatdırmağa iki ay qalmış 1995-ci ilin 5-i sentyabrında Zəngişalı,Çəmənli kəndində minaya düşərək şəhid olub.”-deyə Şəhla Zeynalova qardaşı şəhid Fazilin qısa və şərəfli ömür yolundan danışıb.

Miq.Az-a dərdlərini danışan şəhidin bacısı Şəhla Zeynalova həm qardaşının, həm də atasının dünyasını dəyişməsindən sonra çarəsiz duruma düşdüklərini deyib:

"Atam 2013-cü ildə dünyasını dəyişib. Anam ömrünün ixtiyar çağındadır. Özümlə yanaşı qardaşım Tacirin sağlamlıq durumu yerində deyil. İkimiz də əlillik həyatı yaşayırıq. Aldığımız pensiya və müavinətlərin hesabına dolanışığımızı təmin edirik ki, bundan başqa özümüzün həyat şəraitimizi yaxşılaşdırmağa gücümüz çatmır. Ona görə də məcbur qalıb, hökumət orqanlarından mənzil şəraitimizin yaxşılaşdırılmasına görə köməklik istəyirik. Ancaq müraciətlərimizə məhəl qoyan yoxdur. Bərdə, Ağdam rayon İcra Hakimiyyətlərinə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yazdığımız məktublara müsbət cavab verilməyib.”- deyir Şəhla Zeynalova.

"Atam 76 yaşında dünyasını dəyişib. Anam iki dəfə Bərdə rayon İcra Hakimiyyətinin Başçısının qəbulunda olub. Xahiş edib ki, olduğumuz yerdə iki otaqlı evin tikilməsinə köməklik göstərsin. Başçı isə hər hansı köməklik göstərə bilməyəcəyini bildirib. Bir şəhid ailəsi kimi yaşayış şəraitimizlə maraqlanan yoxdur. Bizi də ağrıdan elə bu laqeyidlikdir. Qardaşım şəhid yox, sağ olsa, indi biz bu ağır şəraitdə yaşamazdıq. Hamı kimi bizim də evimiz olardı.”- deyə şəhidin bacısı onlara qarşı laqeyidlikdən gileylənib.

Onu da qeyd edək ki, ailənin prezident İlham Əliyevə, Birinci vitse prezident Mehriban xanım Əliyevaya ünvanlanmış müraciətləri müsbət həll olunmaq üçün yerli İcra hakimiyyətinə və qaçqınkoma yönləndirilib. Bərdə Rayon İcra Hakimiyyətinin başçısının müavini Vahid Qarayevin cavablandırdığı cavabda göstərilib ki, onlara belə işlər üçün vəsait ayrılmır:

"Bərdə rayonunun Türkmən kəndinə 1993-cü il iyunun 22-sində burada yaşayan bacımgilə pənah gətirmişik.Bir müddət onların yarımçıq tikilmiş evində qaldıq. Bacımgilin ailəsinin evlərinə yığışmaq zərurəti yarandığından özümüzə yenidən qalmağa yer axtarmalı olduq. Atam sanatoriyanın zibilliyini təmizləyib , indi yaşadığımız daxmanı tikdi.Əvvəllər yaman günün qısa olacağını güman etsəkdə ömrümüzün 27 ili burada keçib.”- belə deyir Şəhla Zeynalova.

Şəhid Fazil Zeynalovun anası qeyd edir ki, iki dəfə məcburi köçkünlər üçün ev tikilib, bölünüb. Amma onları mənzillə təmin etməyiblər. Şəhidin anası Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovdan da mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı yardım istəyib. Cavab isə başqa səlahiyyətlilərin cavabından fərlənməyib. Yenə də "gələcəkdə ev tikiləcək, onda mənzillə bağlı xahişin təmin olunacaq”- deyə şablonlaşmış cavab verilib .

Şəhid Fazil Zeynalovun evsiz ailə üzvləri bildirirlər ki, onların sağlamlıq durumu çoxmərtəbəli binada yaşamağa uyğun gəlmədiyinə görə elə məskunlaşdıqları yerdə evlə təmin olunsalar, daha məqsədəuyğun olardı. Belə ki, ana 80 yaşı var. Digər bacı- qardaş isə əlildirlər. Bu səbəbdən də ailənin rahatçılığı baxımından indiki məskunlaşdıqları yerdə iki otaqlı evlə təmin olunmuş olsalar daha yaxşı olardı.

Sonda ümüd edək ki, Fazil Zeynalovun ailəsinə qarşı laqeyd münasibət dəyişəcək. Zeynalovlar ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması üçün lazım olan tədbirlər görüləcək.

Miq.Az

Mənbə:
0
1432
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar