SON DƏQİQƏ: Azərbaycan incəsənətinə AĞIR İTKİ ÜZ VERDİ: Tanınmış televiziyaçı xanım VƏFAT ETDİ-FOTO

Tanınmış televiziyaçı, Əməkdar jurnalist, 2002-ci ildən Prezident təqaüdçüsü Tamilla Haşımova uzun sürən xəstəlikdən sonra Moskva şəhərində vəfat edib. Bu barədə mərhumun oğlu kinorejissor Murad İbrahimbəyov məlumat verib.

Oxu24.com  xəbər verir ki, görkəmli teatr rejissoru, xalq artisti Məhərrəm Haşımov və xalq artisti Rahilə Ginzburqun ailəsində doğulmuş Tamilla xanım uzun illər Azərbaycan Dövlət televiziyasında müxtəlif vəzifələrdə çalışlb, rus dilində verilişlər hazırlayan “Dostluq” baş redaksiyasına rəhbərlik edib.

İstedadlı təşkilatçı olan Tamilla xanım yüzlərlə maraqlı veriliş və proqramın ərsəyə gəlməsində iştirak edib. Çoxlu sayda sənədli filmlərin ssenari müəllifi olub.
Teleradio tarixinin araşdırıcısı, professor Qulu Məhərrəmli Tamilla Haşımovanın vəfatını televiziya sənəti üçün ağır itki kimi qiymətləndirib. Onun Azərbaycan televiziyasının inkişafında böyük rolu olduğunu deyən professorun fikrincə, Tamilla xanım təkcə AzTV üçün forma və məzmunca yeni olan veriliş layihələrinin gerçəkləşməsinə rəhbərlik etməyib, həm də gənc rejissor və redaktorlar nəslinin yetişməsinə əhəmiyyətli töhfə verib.

Tamilla Haşımova dünən torpağa tapşırılıb.

Allah rəhmət eləsin!(konkret.az)

0
2972
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar