Bakı yolları nə zaman tıxacdan azad olacaq? - AÇIQLAMA

Bakı yolları nə zaman tıxacdan azad olacaq? - AÇIQLAMA

Səhər və axşam saatlarında paytaxt Bakıda işə tələsən hər kəs gecikir. Bəzi avtobuslar dayanacağa çox gec çatır. Buna səbəb isə güclü tıxacın olmasıdır. Avtobus zolağı olmadığından Bakı-Sumqayıt yolunda sıxlıq yaranır. Bəs tıxacın qarşısını almaq üçün avtobus zolağının çəkilməsi nəzərdə tutulurmu?

Məsələ ilə bağlı Sonxeber.az-a Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev açıqlama verib.

O bildirib ki, Bakı-Sumqayıt yolunda avtobus zolağının çəkilməsi hələ düşünülmür:

"Bizim avtobus zolaqları ilə bağlı təklif verdiyimiz ünvanlar var. Həmin ünvanlarda Bakı-Sumqayıt yolu nəzərdə tutulmayıb. Amma "Şamaxinka" adlanan ərazidə, "Moskva" prospektindən başlayaraq "Tbilisi" prospektinə kimi, "İzmir" küçəsindən kəsişmə ilə Bakıxanov küçəsində avtobus zolaqlarının çəkilməsini məqsədəuyğun hesab edirik.

Çünki həmin sadaladığım ərazilər şəhərin əsas girişlərindəndir və şimal hissədə yerləşir. Həmin istiqamətdən xeyli sayda müntəzam marşrut xətti gəlir. Bu səbəbdən də həmin o yol əsas ictimai nəqliyyat dəhlizlərindən biri hesab olunur. Bu ərazidən avtobusların maneəsiz, rahat hərəkət etməsi və sərnişinlərin ləngimədən mənzil başına çatdırılması üçün yuxarıda qeyd etdiyim ünvanların hər iki istiqamətində avtobus zolağının olması məqsədəuyğundur. Biz təklifimizi müvafiq qurumlara göndərmişik, onlar baxıb artıq öz rəyini verməlidirlər".

ZAİRA AKİFQIZI

Mənbə:
0
54
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar