Avropa İttifaqı axır ki razılıq əldə etdi:1,7 trilyon avroluq büdcə
14:16
23.07.2020
Baxılıb: 16608
Avropa İttifaqı axır ki razılıq əldə etdi:1,7 trilyon avroluq büdcə

Avropa İttifaqı (Aİ) liderləri 2021-2027 illər üzrə 1,074 trilyon avroluq büdcə planı və qurumun iqtisadiyyatın 750 milyard avroluq bərpa fondunun yaradılması ilə bağlı aparılan danışıqlara yekun vurublar. Bununla da tarixi razılıq əldə edilib və yardım fondu ilə bağlı birlik ölkələri arasında fikir ayrılığına da son qoyulub.

Qeyd edək ki, beş gündən çox Aİ liderləri Aİ-nin 7 illik büdcəsi ilə yanaşı 1,7 trilyon avro dəyərində maliyyə paketinin müzakirə etmişdir. Bu paketin bir hissəsini pandemiyadan zərər görən ölkələrin iqtisadi fəallığını artırmaq üçün nəzərdə tutulan 750 milyard avro həcmindəki yardım fondunun yaradılmasını təşkil edir. Digər qismi isə ittifaqın 7 illik büdcəsidir.

 
Digər xəbərlər