Qazaxstan Qəzza zolağından bütün vətəndaşlarını evakuasiya edib
SİYASƏT
00:14
15.12.2023
Baxılıb: 6637
Qazaxstan Qəzza zolağından bütün vətəndaşlarını evakuasiya edib

Qazaxıstan Respublikasının xarici işlər naziri Murat Nurtileu “Kazinform”a eksklüziv müsahibəsində Qazaxıstan vətəndaşlarının Qəzza zolağından təxliyyəsi barədə məlumatları paylaşıb. 

Nazirin sözlərinə görə, Qəzza zolağının ərazisində çoxlu qazaxların olmasını nəzərə alaraq, Xarici İşlər Nazirliyi Qazaxıstanın dövlət orqanları ilə birlikdə vətəndaşların təhlükəsizliyini təmin etmək  üçün döyüş bölgəsindən təxliyə uçuşları təşkil edib və 127 nəfər ailə üzvləri ilə birgə vətənə geri qaytarılıb. 

Onun sözlərinə görə, hazırda Qəzza ərazisində bir qazaxıstanlı və onun ailəsinin fələstin vətəndaşı olan 10 üzvü var. Onlar evakuasiyadan imtina ediblər.

 

Nazir onu da əlavə edib ki, Qəzzada humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar Prezident Kasım-Jomart Tokayevin tapşırığı ilə Qazaxstandan Qəzza zolağı sakinlərinə, 1 milyon ABŞ dolları və 38 ton humanitar yardım göndərilib.

 

Xatırladaq ki, noyabrın 17-də Qazaxıstanın ilk təxliyə təyyarəsi 99 nəfəri - 59 Qazaxıstan vətəndaşı və 40 əcnəbini ailə üzvləri ilə birlikdə vətənlərinə gətirib. İkinci reys dekabrın 11-də Misirdən gəlib və 28 nəfəri Astanaya gətirib. Bunlardan 8-i Qazaxıstan vətəndaşı və 20 nəfəri isə Fələstin vətəndaşı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Startaplara 12 milyard avro dəstək vəd edir
17:01
Metroda doğulan körpə üçün ömürlük pulsuz abunə
16:55
SVP: İmmiqrantlardan hərbidən azad vergisi alınmalıdır
16:52
Büdcə planları narahatlıq yaradır
16:47
Intelə dövlət dəstəyi ilə bağlı müzakirələr davam edir
16:44
Berlində qəsdən yandırmada şübhələnir
16:40
Tibb bacıları tərk edilmiş xəstəxanada yaşamağa məcbur edildi
16:25
Norveçdə benzinlə işləyən avtomobillərdən daha çox elektrik avtomobilləri var
11:46
ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk dəfə əsas faiz dərəcəsini aşağı salıb
11:43
Macarıstan Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:38
Hollandiya Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:36
NATO-nun iki qərargahı Finlandiyada yerləşəcək
11:29
Bir il ərzində Rusiyanı 2 milyondan çox miqrant tərk edib
11:25
BMT Baş Assambleyası İsraili Fələstin torpaqlarından çəkilməyə çağırıb
11:22
Hər il 1 trilyon ABŞ dollarından çox ziyan
11:09
KİV: İsrail partlayıcı maddələrlə təchiz olunan peycer istehsal edən saxta şirkət yaradıb
11:07
İlon Mask ABŞ-ni senzurada ittiham edib
11:06
Foto və daktiloskopik barmaq izinin identifikasiyası proseduruna başlanılacaq
11:04
Polkovnik: Azərbaycan Ordusu separatçıları 23 saat 48 dəqiqə ərzində kapitulyasiyaya imza atmağa məcbur etdi
11:02
Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması müzakirə ediləcək
11:02