"Saab” təyyarə istehsalı və müdafiə sənayesi şirkəti daha bir qırıcı təyyarə istehsal etmək niyyətindədir
HƏRBİ XƏBƏRLƏR
15:10
24.08.2024
Baxılıb: 912

İsveçin “Saab” təyyarə istehsalı və müdafiə sənayesi şirkəti daha bir qırıcı təyyarə istehsal etmək niyyətindədir.

 

AZƏRTAC xəbər verir ki, şirkət artıq 2025-ci ilin sonunadək hazır olacaq prototipin eskizini yaratmaq üzərində işləyir. “Saab”ın rəhbərliyi ümid edir ki, bütün bunlar hökumətin xarici istehsalçılardan qırıcılar almaq qərarına təsir edəcək.

 

“Advanced” proqramının meneceri Peter Nilsson deyir: “Xarici ekspertlərin layihənin baha başa gələcəyi fikri illə razı deyilik. Şəxsi heyət təlim keçib və qırıcı təyyarəni yaratmağa hazırdır”.

 

Onun sözlərinə görə, 1980-ci ildə “JAS 39 Gripen-E”nin inşası ilə bağlı müzakirələr zamanı da eyni məsələ qaldırılıb. Lakin qırıcı yalnız 1997-ci ildə istifadəyə verilib və o vaxtdan İsveç Hərbi Hava Qüvvələrində xidmət göstərir.

 

Peter Nilsson əlavə edib: “NATO üzvü olan şimal ölkələrində Amerikanın F-35 təyyarələri var. Bu, xoşagəlməz hiss yaradır ki, biz ittifaqda olduğumuz üçün hamı eyni avadanlığa sahib olmalıdır”.

 

Şirkətin məqsədi prototipin yeni döyüş təyyarəsi sisteminin əsasına çevrilməsidir.

 

İsveç hökuməti 2030-cu ildə yeni döyüş təyyarələri sistemi ilə bağlı qərar verməyi planlaşdırır, “Saab” isə iki böyük Avropa layihəsindən birində iştirak etmək üçün artıq çox gec olduğunu bildirir.

 

“Əgər Riksdaq (parlament - red.) xaricdən yeni qırıcı təyyarə almaq qərarına gəlsə, bunun böyük fəsadları olacaq. Biz şirkəti yenidən strukturlaşdırmaq məcburiyyətində qalacağıq və orada 6000 mühəndis saxlamağın mənası olmayacaq”, - deyə P.Nilsson bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Startaplara 12 milyard avro dəstək vəd edir
17:01
Metroda doğulan körpə üçün ömürlük pulsuz abunə
16:55
SVP: İmmiqrantlardan hərbidən azad vergisi alınmalıdır
16:52
Büdcə planları narahatlıq yaradır
16:47
Intelə dövlət dəstəyi ilə bağlı müzakirələr davam edir
16:44
Berlində qəsdən yandırmada şübhələnir
16:40
Tibb bacıları tərk edilmiş xəstəxanada yaşamağa məcbur edildi
16:25
Norveçdə benzinlə işləyən avtomobillərdən daha çox elektrik avtomobilləri var
11:46
ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk dəfə əsas faiz dərəcəsini aşağı salıb
11:43
Macarıstan Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:38
Hollandiya Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:36
NATO-nun iki qərargahı Finlandiyada yerləşəcək
11:29
Bir il ərzində Rusiyanı 2 milyondan çox miqrant tərk edib
11:25
BMT Baş Assambleyası İsraili Fələstin torpaqlarından çəkilməyə çağırıb
11:22
Hər il 1 trilyon ABŞ dollarından çox ziyan
11:09
KİV: İsrail partlayıcı maddələrlə təchiz olunan peycer istehsal edən saxta şirkət yaradıb
11:07
İlon Mask ABŞ-ni senzurada ittiham edib
11:06
Foto və daktiloskopik barmaq izinin identifikasiyası proseduruna başlanılacaq
11:04
Polkovnik: Azərbaycan Ordusu separatçıları 23 saat 48 dəqiqə ərzində kapitulyasiyaya imza atmağa məcbur etdi
11:02
Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması müzakirə ediləcək
11:02